Azərbaycan at əti ixrac edə bilər.
Bu barədə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, ölkədə ixracda ənənəvi olmayan və son dövrlər ixracına başlanılan məhsullar (cins heyvanlar, süd məhsulları, ət konservləri, arpa və s.), eləcə də digər ixrac potensiallı hesab edilən məhsullar (zəfəran, yun, gön-dəri, təbii bal, çaytikanı yağı, qoz yağı, biyan kökü, zəfəran və s.) üzrə ixrac imkanları dəyərləndirilir.
Həmçinin "At əti üzrə dünya bazar konyukturası" adlı hesabat hazırlanıb. Hesabatda dünya üzrə at əti istehsalı, idxalı, ixracı və idxal-ixrac qiymətləri ilə bağlı məlumatlar ölkələr üzrə olmaqla təhlil olunub.
trend.az