Bakı Metropoliteni qatarların yenilənməsinə başlayır
28.11.2012

Yaxın vaxtlarda Bakı Metropoliteninin xətlərində ilk dəfə yeni nəsil "OKA" qatarı hərəkət edəcək. Bu barədə çərşənbə günü Bakı Metropolitenindən məlumat verilib.

Yeni 81-760/761 seriyasından olan vaqonlar məhsulları dünyanın bütün iqlim zonalarında yerləşən onlarla ölkəsində istismar edilən "Metrovaqonmaş" Açıq Səhmdar Cəmiyyətindən alınacaq.

Yeni qatarlar iqlim nəzarəti və havanın dezinfeksiya edilməsi sistemləri, həmçinin sərnişin salonları və maşinist kabinələri istilik sistemləri ilə təchiz edilib.

Trend