Milli Məclisin aqrar siyasət komitəsinin sədr müavini, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabı BMT-nin İctimai Mükafatlar üzrə Şurası tərəfindən (UNCOPA) “İlin kitabı” adına layiq görülüb.
Avropa Təbiət Elmləri Akademiyasının qərarı ilə Almaniyada çap edilən kitab dünyada ərzaq təhlükəsizliyinin təmini üçün böyük elmi dəyər daşıdığına görə bu ada layiq görülüb.
azertag.az