Bakıda serbiyalı fotoqrafın əsərləri sərgilənir
4.10.2017

Serbiyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə “Landmark”da peşəkar fotoqraf Olivera Yankoviçin “Müasir Belqradda Nikola Tesla” adlı fotosərgisi açılıb.

Fotoqraf Olivera Yankoviç çıxış edərək qonaqlara sərgidə nümayiş olunan fotoşəkillər haqqında məlumat verib. Bildirib ki, hər bir fotonun yaranma tarixçəsi var və bu şəkillər günün müxtəlif saatlarında əks olunan şəhər mənzərələrinin ecazkar gözəlliyindən bəhs edir.

Oktyabrın 9-dək davam edəcək sərgidə fotoqrafın 19 əsəri nümayiş olunur.

azertag.az