Gənc Tamaşaçılar Teatrında həftəsonu maraqlı tamaşalar təqdim olunacaq
4.10.2017

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu kiçik və böyük yaşlı tamaşaçılar üçün maraqlı və rəngarəng tamaşalar təqdim edəcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, sənət ocağının səhnəsində oktyabrın 7-si məktəblilər “Danışan gəlincik”, oktyabrın 8-də “Şahzadə Xəzərin nağılı” tamaşalarını izləyə biləcəklər.

Bundan başqa, oktyabrın 7-si İsveç dramaturqu L.Nurenin “Mən gəldim qızlar...” (Müharibə) , oktyabrın 8-də isə C.Cabbarlının “Aydın” tamaşaları təqdim ediləcək.

Tamaşalarda rolları teatrın aktyorları Əməkdar artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, Rasim Cəfər, Leyli Vəliyeva, Elşən Rüstəmov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, aktyorlar Günel Məmmədova, Zülfiyyə Alhüseynova, Müşfiq Əliyev, Manaf Dadaşov, Elnur Kərimov, Elşən Hacıbabayev, Güşvər Şərifova, Mehriban Hüseynova və başqaları ifa edəcəklər.

azertag.az