Veteknoloji.com saytı xəbər verir ki, qısa müddətdə 5 milyondan çox “Galaxy Note II” satdığını açıqlayan Samsung bu cihazı 128 ölkədə satışa verib.
Almaniyada reallaşdırılan IFA sərgisində ilk dəfə sərgiyə çıxarılan “Galaxy Note II”-nin xüsusiyyətlərinə gəlincə, onu demək olar ki, 5.5 düymlük Super AMOLED HD ekrana sahib olan cihaz 1.6 GHz sürətində işləyir. Exynos 4 Quad prosessordan güc götürür. 16, 32 və 64 GB-lik modelləri olan “Galaxy Note II”nin iki aylıq satış göstəricisi 5 milyondan artıq olub.
Big.az