“YARAT” Müasir İncəsənət Mərkəzində Polşanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə “Sosial dəyişiklik üçün kino” layihəsi çərçivəsində film təqdimatı olacaq.
Layihə Adam Mitskeviç İnstitutu və “IMAGINE Euro Tolerance” Festivalı və “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı çərçivəsində reallaşacaq. Builki festival fərdi azadlıq, onun hüdudları və insanları anlamaq qabiliyyətinə həsr olunub. Festival dünyanın müxtəlif ölkələrindən olan kinorejissorların yaratdığı çox mühüm filmlərlə yanaşı, müzakirələr, sual-cavab sessiyaları və seminarlar kimi bir sıra tədbirləri əhatə edəcək.
Layihənin kuratoru ABŞ-ın tanınmış kinorejissoru, professor Riçard Penadır. O, kino dünyasında tanınmış simalardan biri olmaqla yanaşı, Kolumbiya Universitetinin kino tədqiqatları şöbəsinin professoru və “Lincoln Center” Film Cəmiyyətinin proqram direktorudur.
azertag.az