Beynəlxalq Muğam Mərkəzində xeyriyyə konserti keçiriləcək
18.8.2011

Avqustun 26-da Beynəlxalq Muğam Mərkəzində xeyriyyə konserti keçiriləcək. Mərkəzdən verilən məlumata görə, konsertdə xalq artistləri Mənsum İbrahimov, Mələkxanım Əyyubova, Aygün Bayramova, əməkdar artist Zabit Nəbizadə iştirak edəcəklər. Toplanacaq vəsaitin uşaq evlərinin hesabına köçürüləcəyi bildirilir.