Yaxın illərdə Bakıda möhtəşəm Şahmat Akademiyasının inşası planlaşdırılır. Akademiya Dənizkənarı Bulvar ərazisində, dənizin içinə doğru atılmış körpülər üzərində tikiləcək. Akademiya qeyri-adi görünüşdə tikiləcək və dünyanın nadir tikinti incilərindən biri olacaq.
Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İllümjinov qurumun 83-cü konqresindəki hesabat xarakterli çıxışında bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə Şahmat Akademiyasının paytaxtın ən görkəmli yerlərindən birində inşasına dair razılıq əldə olunub.
Akademiyanın bəzi layihə fotolarını təqdim edirik.
Lent.az