NASA: Dekabrda dünyanın sonu olmayacaq
29.11.2012

2012-ci ilin dekabrında dünyanın sonu olmayacaq. ABŞ-ın NASA kosmik agentliyinin alimləri belə bir bəyanatla çıxış ediblər.

«2012-ci ildə dünyanın sonu olmayacaq. Bizim planetimiz 4 milyard il ərzində mövcuddur və tezliklə onun sonunun çatacağı barədə iddiaların heç bir elmi əsası yoxdur», deyə NASA-nın saytında yerləşdirilmiş məlumatda bildirilir.

Məlumatda günümüzdə populyar olan dünyanın sonu barədə nəzəriyyələr təkzib olunur. Nəzəriyyələrdən birinə görə Yer Günəş sistemində guya ki, mövcud olan mifik Nibiru planeti ilə toqquşacaq. İddialara görə bu planetin mövcudluğu barədə qədim şumerlər məlumat veriblər. Əvvəllər bu ssenariyə əsasən fəlakət 2003-cü ilin mayında baş verməli idi. Lakin bu baş verməyəndə dünyanın sonu 2012-ci il dekabrın 21-dək təxirə salındı. Mayya hindularının təqvimində vaxt dövriyyələrindən biri məhz bu tarixdə başa çatır.

Amerika alimləri isə əmindirlər ki, qədim mayyalar ümumiyyətlə dünyanın sonu barədə heç nə deməyiblər: «Mətbəxdə asılmış təqvimin dekabrın 31-də qurtarması isə vaxt sona çatmır. Mayyaların təqvimi 2012-ci il dekabrın 21-də başa çatmır. Həmin gün onlarda uzunmüddətli bir dövr başa çatır, lakin bunun ardınca yeni bir dövr başlayır. Yəni yanvarın 1-də yeni il başladığı kimi», deyə məlumatda qeyd olunur.

APA