Nanorobotlar xərçəngi müalicə edəcəklər
6.10.2017

Koreya Respublikasının alimləri xərçəng xəstəliyinin müalicəsi üçün nanorobotlar yaradıblar.

Bununla da xərçəng şişlərinin müalicəsinin yeni və müasir üsulu tapılıb. Robotlar yalnız Koreyada deyil, həm də Avropa ölkələrində, Yaponiya və ABŞ-da patentləşdirilib.

Maraqlıdır ki, Koreya alimlərinin nanorobotları genetik modifikasiya edilmiş bakteriyaların əsasında yaradılaraq, əsas etibarı ilə iri bədxassəli şişlərin müalicəsində istifadə ediləcək.

Mütəxəssislərin fikrincə, xərçəngin müalicəsində robotların tətbiqi kimya terapiyası və şüalarla müqayisədə insanlar üçün daha təhlükəsizdir.

azertag.az