QİÇS xəstəliyinin qarşısını alan anticisim hazırlanıb
6.10.2017

ABŞ-ın Milli Səhiyyə İnstitutu və “Sanofi” dərman şirkətinin alimləri HIV virusuna 99 faiz təsir edən və infeksiyanın qarşısını alan anticisim hazırlayıblar.

Elm adamları 24 meymunun orqanizminə yeni anticismi yeridiblər. Daha sonra onları HIV virusuna yoluxdurublar. Lakin heyvanların heç birində QİÇS xəstəliyinə rast gəlinməyib.

Anticismin gələn il insanlar üzərində sınaqdan keçiriləcəyi bildirilir.

azertag.az