Azərbaycanın “Junior Eurovision” təmsilçiləri əsas səhnədə ilk məşqlərini ediblər - FOTO
29.11.2012

Niderlandın paytaxtı Amsterdam da Eurovision mahnl müsabiqəsinin bir parçası olan “Junior Eurovision” müsabiqəsi keçirilir.

Dünən müsabiqə iştirakçılarının əsas səhnədə məşqi keçirilib. Azərbaycan təmsilçiləri Ömər Sultanov və Suada Ələkbərova “Boys and Girls” mahnısını iki rəqqasın müşayiəti ilə ifa ediblər.

12 iştirakçı arasında səhnəyə 4-cü çıxan Azərbaycan dueti 40 dəqiqə ərzində “Eurovision” səhnəsində perfomanslarını nümayiş etdiriblər. Onların uğurlu perfomansını müsabiqəni işıqlandırmaq üçün gələn jurnalistlər yüksək qiymətləndiriblər.

Müsabiqədə ümumilikdə 12 ölkə təmsil olunur. Dekabrın 1-nə kimi hər gün müsabiqənin keçirildiyi “Heineken Music Hall”da keçiriləcək. Azərbaycan “Junior Eurovision” müsabiqəsində ilk dəfə iştirak edir. Bu il “Junior Eurovision” 10-cu ilini qeyd edir.

APA