Qazaxıstanın tanınmış kino tənqidçisi “YARAT”da
6.10.2017

Oktyabrın 10-da “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Emir Bayqazın ekranlaşdırdığı “Yaralı mələk” adlı film təqdim ediləcək.

Filmin təqdimatında tanınmış qazax kino tənqidçisi Nərgiz Şukenova da iştirak edəcək. Film Qazaxıstan əyalətində yaşayan yeniyetmələrin acınacaqlı taleyi haqqında bəhs edən trilogiyanın ikinci hissəsidir. Ekran əsərində kiçik qəsəbənin müxtəlif sakinləri müasir və anlaşılmaz bir dünyada özlərinin gələcək həyat yollarını tapmaq üçün çalışırlar.

Film rus dili subtitrləri ilə nümayiş olunacaq.

azertag.az