“SOCAR Midstream Operations” MMC-nin texniki və əməliyyat qrupunun mütəxəssisləri “Emerson Process Management Aberdeen Solution Center” tərəfindən təşkil edilən treninqdə iştirak ediblər.
Təlim kursu “Emerson” şirkətinin ölçmə və idarəetmə sistemləri üzrə 35 illik təcrübəyə malik mütəxəssisi Cim Riki (Jim Reekie) tərəfindən aparılıb. “Emerson” şirkəti neft və qaz sərfinin ölçülməsi, texniki və kommersiya, ətraf mühit və ümumi sənaye ölçmə sistemləri üzrə mühüm sertifikatlara malik şirkətlərdəndir.
Treninq müddətində mütəxəssislər sənayedə qaz sərfinin ölçmə qovşaqlarının konsepsiyaları, ölçü qovşağının iş prinsipi və ölçü qovşaqlarında audit yoxlamalarının aparılması üzrə bilik və təcrübələrə yiyələniblər. Kursun sonunda “SOCAR Midstream Operations” MMC-nin texniki və əməliyyat qrupunun mütəxəssislərinə “Emerson” şirkəti tərəfindən Qaz sərfinin ölçülməsi və ölçmə stansiyalarının auditi üzrə sertifikatlar verilib. Onlar hazırda Cənubi Qafqaz boru kəməri, gələcəkdə isə Cənub Qaz Dəhlizi, o cümlədən TANAP və TAP boru kəmərlərinə məxsus Qaz Ölçmə Stansiyalarında qaz sərfinin ölçülməsi və audit yoxlamalarının sərbəst şəkildə həyata keçirilməsi üçün məlumat və təcrübələrə yiyələniblər.
report.az