Həcc ziyarətinə avtobusla gedəcək azərbaycanlı zəvvarların Bakıdan yola
salınacağı yeri dəyişdirilib. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin
mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, bu il
ziyarətə avtobusla gedəcək zəvvarlar Bakının Qaradağ rayonunda yerləşən
“Binə” ticarət mərkəzinin yaxınlığındakı meydandan yola düşəcəklər.
Zəvvarların Bakıdan yola düşmə yerinin dəyişdirilməsinə isə ənənəvi
məkanda – “Azadlıq” meydanında görülən işlər səbəb olub. Belə ki,
hazırda “Azadlıq” meydanında yeraltı avtomobil dayanacağı inşa olunur.