Mütəxəssislər uşaqlar və gənclərin zehni inkişafı üçün, gündə 1-2 ədəd yumurta yeməyi məsləhət görür.
Sağlam və normal qidalanma üçün heyvan mənşəli qidalardan düzgün istifadə etmək lazımdır.
Qidalanmada və orqanizmin inkişafında zülalların mühüm rolu olduğunu vurğulayan mütəxəssislər, ət, süd və yumurta kimi heyvan mənşəli qidaların da zülal baxımından zəngin olduğunu qeyd edir.
Yumurtanın tərkibində olan zülallar, bütün qidalardakı zülallarla müqayisədə ən keyfiyyətlisidir. Yumurta, zülal, yağ, vitamin və mineral kimi maddələrin bir çoxunun bir arada olduğu önəmli bir qida qaynağdır. Uşaqlar və gənclər xüsusilə zehni inkişaf üçün, gündə 1-2 ədəd yumurta yeməlidir. Bu yaşlarda yumurta, ət və süd kimi heyvan mənşəli qidalarla lazımi qədər qidalanmadan böyüyən insanlar, gələcəkdə bu qidaları nə qədər qəbul etsələr də, ilkində olduğu kimi yaxşı nəticə ala bilmirlər.
Xüsusilə də uşaqların zehni və fiziki inkişafında vacib rol oynayan yumurta ilə hər yaşda mütəmadi olaraq qidalanmaq, bəzi xəstəliklərdən qorunmaq üçün faydalıdır. Bu səbəblə analar azyaşlı uşaqlarına zehni inkişaf üçün yumurta yedirməyi unutmamalıdır.
Big.az