Sürəti və istiqaməti müəyyənləşdirən neyronların aşkarlanması ilk dəfə alimlərə arıların “naviqasiya sistemi”ni ortaya çıxarmağa kömək edib.
“ScienceDaily” saytına istinadla xəbər verilir ki, Edinburq Universitetinin bir qrup alimi İsveçin Lund Universitetinin əməkdaşları ilə birgə tropik meşələrdə yaşayan gecə arılarının beyin fəaliyyətini tədqiq etməklə maraqlı nəticəyə gəliblər. Alimlər müşahidələrdən sonra arının beyninin kompüter modelini hazırlayaraq robot üzərində sınaqdan keçiriblər. Belə qənaətə gəlinib ki, bu sistem gələcəkdə GPS və bahalı kompüter mexanizmi tələb etməyən yeni naviqasiya şəbəkəsinin qurulması baxımından önəmli töhfə ola bilər.
azertag.az