Marsda yaşayacaq qız
29.11.2012

ABŞ 235-ci ildə Marsa göndərəcəyi astronavtları indidən seçib yetişdirməyə başlayıb. NASA-nın seçib öyrətdiyi 11 yaşlı Alisa Karson layihə çərçivəsində "qırmızı planet"ə gedəcək.

NASA-nın 7 yaşından xüsusi proqramla seçdiyi Alisa Karosn keçən həftə İzmirdə olub. ABŞ-dakı kosmos düşərgələrinə 7 dəfə qatılaraq rekord edən bu qız 6 gün Türkiyədəki proqramlarda iştirak edib. NASA-nın gənc üzvü olan Alisanın təxminən 34 yaşında Marsa göndəriləcəyi bildirilib.

20 il ərzində NASA-nın təlimlərində iştirak edəcək qızın Marsdan Yerə dönməmək ehtimalı olduğu da açıqlanıb. Bu səbəbdən onun badamçıqları və kor bağırsağı alınacaq. Alisanın 13 yaşında dalğıclıq, 14 yaşında pilot, 15 yaşında isə paraşütlə atlama ilə məşğul olacağı da bildirilib.

Yeri gəlmişkən, Alisa ingilis, fransız, ispan və çin dillərində sərbəst danışır, həmin xalqların mədəniyyətlərini öyrənir. Onun yaxın zamanlarda rus dilini də öyrənəcəyi bildirilir. Onun müxtəlif dilləri öyrənməsinin səbəbi isə təlimlərdə bu dillərin işlək olmasıyla bağlıdır.

Big.az