Aydın Əliyev kərə yağının qiymətindən danışdı
11.10.2017

Bu gün reallıq ondan ibarətdir ki, kərə yağı dünya birjalarında bahalaşır.

Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

O bildirib ki, bu, Azərbaycanda kərə yağının qiymətinə təsir edən əsas amildir:

"Azərbaycana əsas yağ tədarükçüsü Yeni Zelandiyadır ki, bu ölkədə də qiymət artımı davam edir. Bizim işimiz yalnız idxal və ixrac edilən məhsulların rəsmiləşdirilməsindən ibarətdir".

trend.az