Nazir: II Bakı Ticarət Festivalı bir sıra yeniliklərlə yadda qalacaq (YENİLƏNİB)
12.10.2017

II Bakı Ticarət Festivalı bir sıra yeniliklərlə yadda qalacaq.

Bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, budəfəki şopinq festivalı çərçivəsində ilk dəfə xüsusi turpaketlər təqdim ediləcək:

"II Bakı Şopinq Festivalı aviabilet, transfer, sığorta, hoteldə qalma, həmçinin mağazalara şopinq turların təşkilinin daxil olduğu turpaketlər təqdim edəcək".

Ə.Qarayevin sözlərinə görə, ötən festivaldan fərqli olaraq, bu dəfə xüsusi dəvət olunmuş ulduzlar olmayacaq:

"Bakı Ticarət Festivalı ilə eyni vaxtda caz festivalı keçiriləcək. Buna görə də xarici ulduzların dəvətinə ehtiyac görmədik. Turistlərin stimullaşdırılması üçün lotereyalar da keçiriləcək, Fəvvarələr meydanında isə festivalın fan-zonası fəaliyyət göstərəcək".

Xatırladaq ki, II Bakı Ticarət Festivalı oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək.

trend.az