Bakının mərkəzində daha bir yol bağlanıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, akademik Həsən Əliyev küçəsinin Atatürk prospekti ilə kəsişməsindən Koroğlu Rəhimov küçəsi ilə kəsişməsinədək (Rumıniya səfirliyinin qarşısı) olan hissəsi yolda gedən qazıntı işləri səbəbindən bağlanıb.
Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Trend