Nazirlər Kabineti “Mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi Qaydası”na dəyişiklik edib.
Bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Qərara əsasən, tarixi, arxeoloji, şəhərsalma, arxitektura və monumental sənət abidələrinin, təbii-landşaft obyektlərinin (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla)” mühafizəsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” tərəfindən həmin obyektlərin mühafizə zonaları müəyyən ediləcək.
report.az