Bəzi mədəni sərvətlərin mühafizə zonaları Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən ediləcək
12.10.2017

Nazirlər Kabineti “Mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi Qaydası”na dəyişiklik edib.
Bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Qərara əsasən, tarixi, arxeoloji, şəhərsalma, arxitektura və monumental sənət abidələrinin, təbii-landşaft obyektlərinin (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla)” mühafizəsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” tərəfindən həmin obyektlərin mühafizə zonaları müəyyən ediləcək.

report.az