Oktyabrın 12-də Azərbaycanın bank sektorunda hər zaman ilkləri və yenilikləri ilə tanınan "Bank of Baku" "Gəliiir" şüarı altında həyata keçirdiyi silsilə kampaniyaların ən möhtəşəmi "Bolkartla alış-veriş et, Nyu-Yorka 2 nəfərlik səyahət qazan!" adlı kampaniyanın qaliblərini mükafatlandırıb.
Bankın reklam və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Gülşən Cumayeva xidmət və məhsullarda tətbiq edilən yeniliklər və həyata keçirilən kampaniyalar haqqında ətraflı məlumat verib.
Bildirib ki, iyulun 24-dən sentyabrın 17-dək keçirilən kampaniya çərçivəsində Bolkart kredit və debet kart sahibləri etdikləri alış-verişə görə həftənin, ayın, həmçinin kampaniyanın yekun qalibi olmaq şansı əldə ediblər. Şərtlərə əsasən, kampaniyanın əhatə etdiyi dövr ərzində bolkartlılar arasında istər ölkədaxili, istərsə də ölkə xaricində ən çox alış-veriş edən şəxs bankın uzun illər müştərisi olan Vüsal Hüseynov Nyu-Yorka 2 nəfərlik səyahət paketi qazanıb.
"Xəyallar şəhəri" haqqında danışan və "Nyu-Yorka səyahət mənim üçün sadəcə xəyal idi" deyən Vüsal Hüseynov bildirib ki, heç bir zaman ağlıma gəlməzdi ki, belə bir mükafatın sahibi olaram. Çünki bu mənim üçün xəyal idi. İlk dəfə qalib olduğumu eşidəndə kiminsə mənimlə zarafat etdiyini düşündüm. Hər şeyin real olduğunu gördükdən sonra, sevincimin həddi-hüdudu yox idi. "Bank of Baku"ya öz təşəkkürünü bildirən Vüsal Hüseynov heç vaxt Amerikada olmadığını deyib.
Bu möhtəşəm kampaniya çərçivəsində, yekun qaliblə yanaşı, həftəlik və aylıq qaliblər də mükafatlandırılıb: həftə ərzində ödənişlərin ümumi məbləği ən çox olan 24 nəfər Bolkartlıya - Bolkart Gold/Bolkart Diamond + 100 AZN; kampaniya dövründə hər ayın yekununda ödənişlərin ümumi məbləği ən çox olan 2 Bolkartlıya Canon D1300 markalı fotoaparat; ümumi kampaniya dövründə ödənişlərinin ümumi məbləği ən çox olan Bolkartlıya isə Nyu-Yorka 2 nəfərlik səyahət paketi (aviabilet, transfer və otel daxil olmaqla viza dəstəyi) hədiyyə olunub.
Kampaniya çərçivəsində, ümumilikdə 24 nəfər həftənin, 2 nəfər ayın, 1 nəfər isə ən böyük mükafatın qalibi olub.
Xatırladaq ki, "Gəliiir" şüarı altında müştərilərə təqdim edilən əsas yeniliklər arasına Bolkart debet sahiblərinə qalıq məbləğin üzərinə illik 5 faiz gəlir və Bolkart kredit və debet kart sahiblərinə isə etdikləri istənilən alış-verişə görə 25 faizədək bal qazanma imkanı daxildir.
azertag.az