“ABŞ Təhsilli Azərbaycanlı Məzunlar” İctimai Birliyinin “CONTEXT” jurnalının növbəti sayı təqdim olunub.
Jurnal ABŞ-da təhsil alan azərbaycanlı məzunlara öz xarici təcrübəsini bölüşməyə imkan yaradır: “Jurnalın gələcək layihələri çoxdur. Növbəti buraxılış iki dildə - həm Azərbaycan, həm də ingilis dillərində olacaq, bu isə oxucuların sayının artmasına yeni imkanlar yaradacaq”.
Tədbir çərçivəsində “ABŞ Təhsilli Azərbaycanlı Məzunlar” İctimai Birliyinin yeni internet səhifəsi (www.aaa.org.az) də təqdim olunub. Təşkilatın sədri Aynurə Piriyeva bildirib ki, yeni sayt çoxsaylı yeni layihələr təqdim edir. Burada ABŞ-da təhsil almış peşəkarlar üçün iş axtarmaq imkanları verilib, üzv olmaq prosesi daha sadələşib, forum bölümü yaradılıb. Tədbir çərçivəsində jurnala məqalələr göndərən bir neçə müəllif mükafatlandırılıb.
Qeyd edək ki, jurnal ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənir.
APA