Oktyabrın 20-də Bakıda Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin müşayiəti ilə Azərbaycanın tanınmış estrada müğənniləri konsert proqramı ilə çıxış edəcək.
Azərbaycan Dövlət Opera və Balet Teatrında gerçəkləşəcək konsertdə klassik estrada mahnıları səsləndiriləcək.
Orkestr dirijor Səməd Vəkilov tərəfindən idarə ediləcək. İştirak etmək istəyənlər biletləri şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.
azertag.az