Qoç - özünüzlə mübarizə aparmalı olacaqsınız. Ani hisslərinizin qurbanı olmayın, vəd və öhdəliklərinizi unutmayın, verdiyiniz sözü qəribliyə salmayın. Bir qədər sərt, möhkəm təbiətli olun.
Hisslərinizin qurbanı olsanız, uğursuzluqlar və geriləmələrin qapısını açacaqsınız.
Alış-verişdə düşünülməmiş addımlar atmayın, bədxərclik etməyin. Planlaşdırılmamış məsrəflərə yol verməyin. Maliyyə imkanlarınızı real qiymətləndirin, kiminsə nəzərində daha varlı görünməyə çalışmayın.
Bu gün yumşaq xasiyyətli, güzəştə gedən, dil tapa bilən adam olun. Belə davransanız, ətrafınızdakı insanlarla yaxşı münasibətlər qura bilərsiniz.
Təşəxxüslü və eqoist olmayın. Əks cins mənsubunun məsləhətlərinə qulaq asın.
Buğa - danışıqlar aparmaq üçün əlverişli gündür. Birgə işə və ya əməkdaşlığa ümid etmədiyiniz insanla belə, şərikli iş alına bilər. Yaxın ətrafınızdakı insanlar sizə indiyədək gərəkli dəyər vermədiklərini anlaya bilərlər.
Haqqınızda olan fikirlər müsbət məcraya doğru dəyişə bilər.
Nüfuzlu hami tapmaq şansı istisna deyil.
Şəxsi həyatda münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksələ bilər. Yaradıcılıqla məşğul olanlara ilham pərisi "qonaq" gələcək.
Çoxsaylı, əla ideyalarınız var və gün darıxdırıcı olmayacaq.
Qəfil qonaqlar gələ bilərlər.
Əkizlər - dost, tərəfdaş, müttəfiq axtarışları uğurla başa çata bilər.
İndiyədək uğurla başa vuracağınızı düşünmədiyiniz çox çətin və mürəkkəb işdə irəliləyiş ola bilər.
Hüquqi məsələlər, əmlak münaqişələrinin həlli, sənədləşdirmələrin qaydaya salınması üçün əlverişli gündür.
Biznes və kommersiyada yeni mərhələyə adlamağa can atın. Yerinizdə saymayın, ətalətli olmayın, durğunluğa imkan verməyin.
Müsbət əhvala və pozitiv emosiyalara ehtiyacı olan insanlar sizə can atacaqlar.
Əks cinsin mənsubları ilə ünsiyyətdə ehtiyatlı olun.
Xərçəng - stabil olmayacaq, rəvanlıqdan çox uzaq gündür. İşdə problemlər yarana bilər. Çalışdığınız yeri və gördüyünüz işi darıxdırıcı sanmayın. Ola bilər ki, rəhbərlik ideyalarınızı təqdir etmir, dəstəkləmir. Lakin bu, pərişanlıq üçün səbəb deyil.
Tələskən qərarlar verməyin, görüləcək işin bütün təfərrüatlarını və detallarını hesablamadan çalışmayın.
Sonadək anlamadığınız ideyadan və ya plandan imtina etməyin.
Ailə münasibətlərində bu gün harmoniya olacaq. Şəxsi həyatda müsbət dəyişikliklər istisna deyil. Hisslərinizə inanın. Məhz hissləriniz günün ikinci yarısında sizə doğru yol göstərəcək.
Şir - bu gün qarşınızda çox yaxşı peşə imkanları açılacaq. Tərəfdaşınıza və sizə sərfəli olan əməkdaşlıq başlaya bilər. İşdə qərarlar asanlıqla verilir, dinamik çalışırsınız. Yeni müttəfiqlər və tanışlar sizə xoş təsir bağışlayır.
Fəqət xəyallar aləminə qapılmayın, illüziyaların izinə düşməyin. Həyata real baxan insanların yanında olun.
Elektrik əşyaları və odla ehtiyatlı olun. Kiçik travmalar istisna deyil.
Emosional fon çox əlverişlidir.
Günün ikinci yarısından etibarən tanışlara və yaxınlığınızda olan insanlara müsbət enerji bəxş edin.
Qız - emosional qətiyyət, ruh yüksəkliyi hiss edəcəksiniz. Günün yaradacağı bütün çətinlikləri əzmlə dəf etməyə çalışın.
İşgüzar danışıqlara başlasanız, peşman olmayacaqsınız. Uzunmüddətli anlaşmanın əldə edilməsi mümkündür.
Yeni tərəfdaşlar qazanmaq üçün yaxşı gündür.
Əks cinsin mənsubları ilə təmaslar uğurlu olacaq.
Alış-veriş, planlaşdırılmamış əşyaların satın alınması üçün yaxşı gündür.
Bahalı nəsnə, hətta zinət əşyası ala bilərsiniz.
Bu gün dəvət olunduğunuz yerə yollanaraq istirahət edin.
Tərəzi - şəxsi həyatı işdən ayırın, rəğbət və antipatiya hisslərinə işlə bağlı istənilən qərarlara təsir etməyə imkan verməyin.
İş yerində diqqəti yalnız qarşınıza qoyduğunuz vəzifənin yerinə yetirilməsinə yönəldin. Rəhbərliklə mübahisə istisna deyil. Mövqeyinizi sonadək müdafiə edin, amma inadkar olmayın.
Günün ikinci yarısında yaşamın intensiv axarını bir qədər yavaşladın. Daxili dünyanızı istənilən təsir və müdaxilələrdən qoruyun.
Ailə üzvləri və yaxınlarınızla ünsiyyətdə sərtlik nümayiş etdirməyin.
Əqrəb - işdə və şəxsi həyatda yeni münasibətlərə başlamaq üçün əlverişli gündür. İnsanlarla asanlıqla dil tapmağa çalışın. Onların sizdən gizlədikləri, söyləmək istəmədikləri məqamları təxminləməyə çalışın.
Aldadılmamaq üçün sərvaxt olun. İstənilən məlumatı və ya informasiyanı çox təfərrüatlı, dəqiq şəkildə yoxlayın.
Ailə üzvləriniz, xüsusilə də kiçik yaşlılar bu gün sizə sürpriz edə bilərlər. Yaxınlarınızın yanında özünüzü rahat hiss edirsiniz. Evdə qarşılıqlı anlaşma və xoş niyyət var.
Kulinar eksperimentlər uğurlu ola bilər.
Oxatan - bu gün qıcıqlı, emosional, tələskən, kəmhövsələ olmayın. Əhatənizdəki insanların ən adi qeydinə və ya sözünə sərt reaksiya verməyin. Sizinlə çalışmaq asan deyil. Lakin insanlarla birlikdə işləməli olduğunzdan, bəzilərinin nöqsanlarını qabardaraq əhəmiyyətli maneə səviyyəsinə çatdırmayın.
Sərt və kobud olmayın. Bununla belə, həddən artıq üzüyola adam təsiri də bağışlamayın.
Günün istənilən çətinliklərini növbəti sınaq, gələcəkdə gərəyiniz olan təcrübə kimi qəbul edin.
Çətin, mürəkkəb və ciddi iş üçün əlverişli gündür. Diqqətinizi bütünlüklə işə yönəldin.
Oğlaq - bu gün işgüzar sahədə uğurlu olacaq. Mürəkkəb iş və ya layihələri başa vura bilərsiniz. Çoxdan bəri bitirmək istədiyiniz və bir qədər də usandığınız iş başa çatacaq. Yeni işə başlamaq pis deyil - bu, sizi ruhlandıra bilər.
Maraqlı insanla görüş istisna deiyl. Həmin insanda sizə rəğbət hissi yaranacaq.
Ailə üzvləri və yaxınlarınızla müəyyən fikir ayrılıqlarına rəğmən, təbdən çıxmayın, soyuqqanlı olun. Belə davransanız, problemin güzəştli həllini tapa bilərsiniz.
Səyahət və ya səfərə çıxmaq üçün uğurlu gündür. Bahalı və dəyərli hədiyyə, köhnə tanışlardan xoş sürprizlər istisna deyil.
Dolça - işdə və şəxsi həyatda gözlənilməz hadisələr baş verə bilər.
Yaşananlara təəccüblənməyin, situasiyanı dərhal dəyərləndirərək doğru qərar verməyə çalışın.
Qoy ətrafdakılar hər şeyin sizin planlaşdırdığınız kimi olduğunu düşünsünlər.
Biznes-layihə və ya yeni yaradıcılıq planının müzakirəsi üçün uğurlu gündür.
Çoxdan bəri gərəksiz hesab etdiyiniz bacarığınızı, biliyinizin müəyyən yönündən bəhrələnə bilərsiniz.
Gəlirlər istisna deyil.
Axşam saatlarında rahat olun, günün yorğunluğunu çıxarın.
Balıqlar - yaradıcılıq və fantaziya tələb edən istənilən iş üçün sərfəli gündür. Qeyri-standart qərarlar qəbul edin, istənilən çətin vəziyyətdən çıxmağa can atın. Əks cinsin mənsubu ilə təmaslarda soyuqqanlı olun.
Seminar, konfrans, çıxışlar üçün pis gün deyil.
İşdə nəzərdə tutumadığınız tapşırıq ala bilərsiniz.
Bu tapşırığı uğurla yerinə yetirsəniz, irəliləyiş və ya gəlirlərin ya da maaşın artımı reallaşa bilər.
Axşam saatlarını ailəyə həsr edin.
Milli.Az