Polşanın xarici işlər naziri Azərbaycana səfər edəcək
13.10.2017

 Polşanın xarici işlər naziri Vitold Vaşikovski oktyabrın 18-də Azərbaycana səfər edəcək.
Birgünlük səfər çərçivəsində onun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü gözlənir.
Görüşlər zamanı iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, o cümlədən siyasi və iqtisadi sahələrdə perspektivlər müzakirə ediləcək.

report.az