Bakıda müasir piyada keçidi tikilir - FOTO
30.11.2012

Nizami rayonunda inşa olunan yeni yeraltı piyada keçidi yaxın günlərdə istifadəyə veriləcək.

Bu barədə "Azəryolservis" ASC-dən bildiriblər.

Piyada keçidi Qara Qarayev küçəsi ilə Naxçıvanski küçələrinin kəsişməsində tikilir. Layihəyə əsasən, keçidin uzunluğu 44, eni 12, hündürlüyü isə 2,9 metrdir.

Milli.Az