Bakı Ali Neft Məktəbi Poltava Milli Texniki Universiteti ilə əməkdaşlıq edəcək
13.10.2017

Ukraynanın Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin (PMTU) rektoru, iqtisad elmləri namizədi Vladimir Onişenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub. Səfərin məqsədi bu ali təhsil müəssisələri arasında münasibətlərin möhkəmləndirilməsi və anlaşma memorandomunun imzalanması idi.

BANM-dən bildiriblər ki, görüşdə rektor Elmar Qasımov rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, beynəlxalq əlaqələri, qazandığı uğurlar barədə qonaqlara məlumat verib.

V.Onişenko 1930-cu ildən fəaliyyət göstərən PMTU-nun yüksək ixtisaslı kadrların hazırlanması sahəsində təcrübəsini bölüşüb, BANM ilə əməkdaşlıqda maraqlı olduqlarını söyləyib. Qonaq BANM-in qısa vaxtda əldə etdiyi nüfuz və nailiyyətlərə görə E.Qasımovu təbrik edib, bu ali məktəbin kollektivinə daha böyük uğurlar arzulayıb.

E.Qasımov BANM-in tərəfdaşlıq etdiyi universitetlər sırasına qoşulan Yuri Kondratyuk adına PMTU ilə qurulan münasibət və əməkdaşlığın tezliklə bəhrəsini verəcəyinə əminliyinin bildirib.

azertag.az