Ölkə üzrə pambıq tədarükü 85 min tonu ötüb
13.10.2017

Oktyabrın 13-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 85 min 818,79 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, oktyabrın 12-də 3524,04 ton pambıq tədarük olunub.

Pambıq tədarükündə əvvəlki kimi Saatlı rayonu öndədir. Rayon pambıqçıları indiyədək məntəqələrə 14726,60 ton məhsul təhvil veriblər. Biləsuvarda 10199,79 ton, Sabirabadda 8798,79 ton pambıq tədarük edilib.


azertag.az