“Art Tover” qalereyasında fotosərgi açılıb
13.10.2017

“Art Tover” qalereyasında bir neçə fotoqrafın əsərindən ibarət sərgi açılıb. “Azərbaycanı kəşf et” adlı sərgi Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Concil” qeyri-hökumət təşkilatının təşkilatçılığı ilə gerçəkləşib.

Bu barədə “Arts Concil” qeyri-hökumət təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.

“Sərgidə 20-dək fotoqrafın 25-dək əsəri yer alıb. Oktyabrın 19-dək davam edəcək sərginin məqsədi bu istiqamətdə gənc fotoqrafların rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır”,- deyə D.Məmmədov bildirib.

Paytaxt sakinləri ilə yanaşı, şəhərimizin qonağı olan əcnəbi turistlərin də qatıldığı sərgi maraqla qarşılanıb.

azertag.az