“Nəfəs” qısametrajlı Azərbaycan filmi İspaniyanın FİCMA beynəlxalq film festivalında nümayiş olunacaq.
Noyabrın 2-dən 10-dək davam edəcək FİCMA (Festival İnternational de Cine del Medio Ambiente - Beynəlxalq Ekoloji Film Festivalı) bu il 24-cü dəfə keçiriləcək.
“Nəfəs”in rejissorları Elnur Rzayev və Əli Mahmudludur. Film “FOCUS - Global view” bölməsində nümayiş olunacaq. Ekran əsəri şair Ramiz Rövşənin “Nəfəs” şeirlər kitabı əsasında çəkilib.
Xatırladaq ki, film bu il Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycan ikinci buktreyler festivalında ilk dəfə yayımlanıb və birinci yerə layiq görülüb.
azertag.az