“Leyli və Məcnun” operasının Moskvada nümayişinin vaxtı dəyişdirilib
16.10.2017

Azərbaycan Milli Konservatoriyası və Rusiyada fəaliyyət göstərən Mədəniyyət və İncəsənət Studiyasının birgə qərarı əsasında “Leyli və Məcnun” operasının Moskva şəhərində nümayişinin vaxtı dəyişdirilib.

Milli Konservatoriyadan bildirilib ki, opera 2018-ci ilin əvvəllərində Moskvada “Crocus City Hall” konsert zalında tamaşaya qoyulacaq. Vaxtın uzadılmasına səbəb texniki məsələlərin həlli üçün daha çox zamana ehtiyacın olmasıdır.

Alınan biletlər əhəmiyyətini qoruyur və opera günü keçərli olacaq.

Qeyd edək ki, əsərin premyerası Moskvada oktyabrın 16-da olacaqdı.

azertag.az