Bakıda təkrar satılan mənzillər bahalaşıb
16.10.2017

Sentyabr ayında Bakıda mənzillərin qiymətində artım müşahidə olub.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib ki, sentyabr ayında təkrar mənzil bazarında qiymətlərdə 3.25 faiz artım baş verib.

Ekspert bildirib ki, ilkin mənzil bazarında isə qiymətlərdə 6.56 faiz azalma müşahidə edilib.

N.İbrahimov qeyd edib ki, təkrar satılan mənzillərin qiymətlərinin artmasına səbəb daşınmaz əmlak bazarında aktivliyin çoxalmasıdır: “Sentyabr ayında məzuniyyətlər bitdi və insanlar yenidən bazarda aktivləşməyə başladılar”.

N.İbrahimovun sözlərinə görə, oktyabr ayında da təkrar mənzil bazarında qiymətlərin bahalaşması proqnozlaşdırılır: “Amma noyabr ayında stabilləşmə və ondan sonra yenidən artım gözlənilir”.

trend.az