Unikal kadrlar: ana bətnindəki əkizlər dalaşır - VİDEO
3.12.2012

Əkizlər həmişə davaları, dartışmaları, mübahisələri ilə tanınır. Lakin dünən bəlli olub ki, əkizlərin "dava"ları hələ anadan olmamış başlanır. Londondakı "Imperial College London"un alimləri maqnit-rezonans tomoqrafiyası vasiləsilə hamilə xanımlardan birinin bətnindəki əkiz bacı və qardaşın "dava"larını çəkiblər.

Davaya bacı başlayır.
O, ayaqları ilə qardaşını vurur, yerini artırmağa çalışır.
Qardaş dözür, amma əkiz bacısının davranışı axırda onu təbdən çıxarır və o, bacısını ayağı ilə itələyir.
Professor Marisa Teylor-Klarkın dediyinə görə, onlar dünyada ilk dəfə olaraq ana bətnində əkizlərin belə davranışını qeydə ala biliblər.

"Əslində araşdırmamız fetofetal transfuziya sindromu kimi ölümcül xəstəliyin səbəblərinin aşkarlanması idi. Bu zaman ana bətnində bacı və qardaşın "dava"sının şahidi olduq", - London İmperial Kollecinin MR mərkəzinin əməkdaşı Robert Şteyner deyib.

CBS bildirir ki, ekspertlər ilk əvvəl bu görüntüləri montaj və ya manipulyasiya sayıblar.
Lakin nüfuzlu mütəxəssislər görüntülərin gerçək olduğunu təsdiqləyiblər.

Video