Günün qoroskopu
3.12.2012

Qoç - Bu gün sizi yetərincə maraqlı hadisələr gözləyir. Macəra aramalı olmayacaqsınız: macəra özü sizi tapacaq. Ətrafınızda baş verənlərə, yaşananlara dəqiq reaksiya verin, yanlış addımlar atmayın, səhv fikirlərinizi reallaşdırmağa çalışmayın. İşdə fəxr ediləsi uğurlarınız olacaq.
Yaxınlarınızla fikir ayrılıqlarınız yarana bilər. Belə hallar olsa da, ciddi fikir verməyin, mübahisəni zarafata döndərməyə cəhd göstərin. Sizə tərif yağdıran insana bu gün inanmayın. Axşam saatlarına yaxın səmimi tərif eşidəcəksiniz. Bu vaxtı dostlarla keçirin.

Buğa - Bu gün düşünülməmiş və yanlış addımlar ata bilərsiniz. Bu və digər qərarınızın səbəbini belə, bilmirsiniz. Nə isə etmək istəyirsiniz. Amma nə?!
Bu gün eşidəcəyiniz məsləhətlərə o qədər də inanmayın. Heç istisna deyil ki, bu məsləhətlərin "müəllif"ləri sizin rifahınızı istəmirlər. Günün emosional fonu stabil deyil. Günortayadək qıcıqlı, dəlisov olmayın. Günün ikinci yarısında əhvalınızı normallaşdırın.
Şənlənin və ətrafınızdakı insanların də üzlərinin gülməsinə rəvac verin. Axşam saatlarını ailə ilə birlikdə keçirin.

Əkizlər - Gün darıxdırıcı, usandırıcı olacaq, ümidlər və gözləntiləri doğrultmayacaq. Əlahiddə, qeyri-adi nəyə isə ümid etməyin. Bu gün ulduzlar sizin rutin, adi gün yaşayacağınızı deyirlər: xırda məişət problemləri, əhəmiyyətsiz çətinliklər və bir o qədər kiçik sevinclər. Situasiyanı kökündən dəyişməyə çalışmayın. Düşünülməmiş hərəkətləriniz vəziyyəti daha da ağırlaşdıra bilər.
Sizə təzyiq göstərməyə çalışan adamlar tapılacaq. Təzyiqlərə məruz qalsanız da, yolunuzdan çəkilməyin. Emosional narahatlıq müvəqqətidir.
Tənha olmaq, tək qalmaq istəyi yarana bilər.

Xərçəng - Hər hansı yeni layihə üzərində işə başlamazdan əvvəl bütün gərəkli, ehtiyac duyulan məlumatlarla informasiyaları topladığınıza əmin olun. Nəyisə bilməmək zəif qalmaq, zərbə altında qalmaq deməkdir. Məhz bu gün kifayət qədər məlumatların olmaması ilə bağlı problemlər əvvəlki dönəmlərlə müqayisədə daha ciddi təsir bağışlayacaq.
Pul və maliyyə ilə ehtiyatlı olun. Bədxərclik etməyin, alış-verişdə diqqətli davranın.
Şəxsi münasitbətlərdə durum daha yaxşıdır. Sizə əziz olan insanları dərhal anlayırsınız. Yaxınlarınızın problemlərini həll etmək üçün qüvvənizi əsirgəməyin. Belə davransanız, çoxdan bəri mövcud olan bəzi problemləri həll edə bilərsiniz. Köhnə umu-küsünü, hesabları xatırlayıb müzakirələrə başlamayın.

Şir - Bu gün ulduzlar sizi himayə edir. Vəziyyətdən yararlanaraq işlərinizi nizama salmağa, qayda yaratmağa, çətin tapşırıqların öhdəsindən gəlməyə çalışın. Mühüm və önəmli görüşlər təyin edə bilərsiniz. Hər şey istədiyiniz kimi olacaq.
Sərfəli müqavilə imzalaya bilərsiniz. Ucuz qiymətə dəyərli və ya gərəkli əşyanın alınması istisna deyil.
Şəxsi həyatda da uğur sizinlə olacaq. Köklü dəyişikliklər mümkündür. Axşam saatlarında bəzi münasibətlərin təhlilini aparın.

Qız - Bu gün bir qədər çətin və mürəkkəb, amma faydalı işlə məşğul olacaqsınız. Həmin işə laqeyd, başdansovdu yanaşmayın. Sizdən başqa kimsə bu işdə uğur əldə edə bilməyəcək. İşdəki situasiya rəvan, əlverişlidir. İdeyalarınızı gerçəkləşdirmək üçün rəhbərlik sizi dəstəkləyə bilər. Yeni tərəfdaşlarla əməkdaşlıq başlayacaq.
Ailə münasibətləri harmonik və dayanıqlıdır. Qohumlarla təmaslarınızı səmimi edin, onların məqsəd və planlarını tənqid etməyin. Evdə yır-yığış, təmir, interyerin yenilənməsi üçün sərfəli gündür.

Tərəzi - Həllini tələb edən məsələlər çoxdur. Gün yorucu, mürəkkəb, usandırıcıdır. Yaxın insanlarla fikir ayrılığı yarana bilər. Maliyyə, əmlak məsələləri və ya gələcəklə bağlı planlar müzakirə edilərkən ümumi fikrə gəlmək çətin olacaq.
Valideynlər və ya yaşlı qohumlarla mübahisələr istisna deyil. Əsla düşünməyin ki, onlar sizə qarşı aqressiv, neqativ mövqe tutublar.
Axşam saatlarını sevdiyiniz insanla birlikdə keçirin. İstənilən birgə fəaliyyət və əməkdaşlıq, fikir və rəy birliyi insanları yaxınlaşdırır, münasibətləri möhkəmləndirir. Kiçik miqyasda alış-veriş etmək olar. Kiməsə hədiyyə vermək üçün əşya ala bilərsiniz.

Əqrəb - Bu gün işdə ciddi uğurlara nail ola bilərsiniz. Amma bunun üçün həmkarlarınız və iş yoldaşlarınızla mübahisə etməyin, münasibətləri aydınlaşdırmağa çalışmayın, onlarla ümumi dil tapmağa çalışın. Aktual məsələləri sakit nəzərdən keçirin. Tapşırılmış işi müstəqil şəkildə görə bilərsiniz. Bir şərtlə ki, sizə kimsə mane olmasın.
Günün ikinci yarısı romantik görüş, gəzinti və dost görüşləri üçün əlverişlidir. Yaxşı tanıdığınız insanlarla ünsiyyətlə kifayətlənsəniz, pis olmaz. Yeni tanışlarla dil tapmaq asan deyil.

Oxatan - Sizi və yaxınlarınızı çoxdan bəri narahat edən problemi həll etmək üçün uğurlu gündür. Sürətlə, effektiv fəaliyyət göstərin, şübhələrə və boş söhbətlərə vaxt sərf etməyin. İstənilən forma, məqsəd və məzmunlu danışıqlar üçün əlverişli gündür.
Yaradıcılıqla bağlı ideyaları reallaşdırmaq olar. Lakin o ideyalar sizin olmalı, orijinallığı ilə fərqlənməlidir.
Başqalarının ideyalarını mənimsəməyə, kimisə təqlid etməyə çalışmayın. Kor-koranə təqlidin nəticələri təhlükəli və zərərli ola bilər.

Oğlaq - Səhər saatlarından nikbin olsanız, ulduzlar sizə pozitiv emosiyaları hədiyyə edəcək. Bununla belə, sərvaxt və sayıq olun. Təlaşa düşməyin, narahatlıq keçirməyin. Nigarançılıq hissləri olsa da, o hisslərin əsirinə çevrilməyin. Gün ərzində yaşanacaq hadisələrin məcrasından çıxmaq üçün özünüzdə qüvvə tapın.
Axşam saatlarında ailə üzvləri ilə ünsiyyətdən həzz almağa çalışın. Axşam gəzintisi, romantik saatlar əhvalınız üçün düşərlidir. Evdən tək çıxsanız, yeni tanışlıq baş tuta bilər.

Dolça - İtkilərlə barışmalı olacaqsınız. İşgüzar tərəfdaşlar və yaxın insanlarınızla münasibətlərdə problemlər yarana bilər. Köhnə müttəfiqlərdən birini itirə bilərsiniz. Maliyyə və əmlak məsələlərinin həllində, müzakirəsində fikir ayrılıqları, anlaşılmazlıqlar yarana bilər.
Hadisələrin mənfi axarının öhdəsindən gəlmək üçün davranışınızda köklü dəyişikliklər edin. Eksperimentlərdən qorxmayın. Hər şey ilk baxışdan göründüyü təki təhlükəli deyil.
Yeni yerdə oxumaq və ya işləmək üçün sərfəli gündür. Yaradıcılıq potensialınızı nümayiş etdirə bilərsiniz.

Balıqlar - Diqqətli olun. Bu gün səhvlərə yol versəniz, həmin yanlışlıqları sonradan sizə dəfələrlə xatırladacaqlar. Karyeranızın inkişafının asılı olduğu insanlar sizi diqqətlə izləyəcəklər. Həmin adamlarda özünüzlə bağlı xoş təəssürat yaratmaq üçün maksimum səy göstərin, entuziazmla çalışın. Danışıqlarda uğura nail ola bilərsiniz.
Bu gün əldə olunan razılaşma və ya imzalanan sənədlərin sonradan dəyişəcəyi istisna deyil.
Ailə üzvləriniz və yaxınlarınızla dil tapmağa çətinlik çəkəcəksiniz. Çünki sizi nadir hallarda tərifləyir, sürəkli tənqid edirlər. Sevdiyiniz adamın sizinlə bağlı gözləntiləri böyükdür.

Milli.Az