Reims şəhərinin “Le Vergeur” muzeyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə təşkilatçılığı ilə XIX əsrdə yaşamış fransız səyyah və fotoqrafı Üq Kraftın Bakıda çəkdiyi şəkillərdən ibarət “Bakını kəşf edək. Üq Kraftın Qafqaz səyahətləri” adlı sərgisi təşkil olunacaq.
2017-ci il noyabrın 25-dən 2018-ci il fevralın 4-dək davam edəcək sərgidə Üq Kraftın 1896-1898-ci illərdə Azərbaycan paytaxtına səyahəti zamanı çəkilmiş fotoları nümayiş olunacaq.
Sərgi ziyarətçilərə XIX əsrin sonlarında dünyada əsas neft sənayesi mərkəzlərindən biri olan Bakı şəhərini yaxından tanımağa imkan verəcək.
azertag.az