Ölkə üzrə pambıq tədarükü 95 min tona yaxınlaşıb
16.10.2017

Oktyabrın 16-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 94 min 81,89 ton məhsul təhvil verilib. Hazırda pambıq yığımı davam edir. Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 min 596 ton pambıq yığılmışdı.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, oktyabrın 14-15-də 6165,80 ton pambıq tədarük olunub.

Pambıq tədarükündə əvvəlki kimi Saatlı rayonu öndədir. Rayon pambıqçıları indiyədək məntəqələrə 15426,70 ton məhsul təhvil veriblər. Biləsuvarda 10925,43 ton, Sabirabadda 9308,80 ton pambıq tədarük edilib.

azertag.az