Akademik Milli Dram Teatrının kollektivi Daşkənddə keçirilən “Theatre.UZ/2011″ beynəlxalq teatr festivalına qatılıb. Teatrdan verilən məlumata görə, kollektiv festivalda fransız dramaturqu Jan Koktonun “İnsan səsi” tamaşasını təqdim edəcək.
Oktyabrın 18-də açılışı olan festival oktyabrın 26-dək davam edəcək. Festivalda Azərbaycan, Almaniya, Böyük Britaniya, İsrail, Ukrayna və başqa ölkələrin nümayəndələri iştirak edirlər. Festivalın birinci günü Berlindən gələn teatr kollektivi Yukio Missimanın “Maskanın etirafı” tamaşasını göstərib.