"Azercell" “Məzun- 2017”-də tələbələrə dəstək olub
16.10.2017

Azercell Telekom MMC növbəti dəfə tələbələrə dəstək olub.

"Azercell"-dən verilən məlumata görə, şirkətin İnsan Qaynaqları Departamentinin əməkdaşları oktyabrın 14-də Təhsil Nazirliyinin dəstəyi, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə keçirilən ənənəvi “Məzun- 2017 əmək yarmarkasında iştirak ediblər.

Yarmarkada öz fəallığı ilə seçilən Azercell-in stendi tələbələrin böyük marağına səbəb olub. Şirkət təmsilçiləri tələbələri maraqlandıran sualları cavablandıraraq Azercell-in Tələbə Təqaüdu və Təcrübə Proqramı haqqında onlara məlumat veriblər. Eyni zamanda Azercell-də karyera qurmaq istəyən gənclərə məsləhətlər verilib və onların müraciətləri üçün xüsusi elektron ünvan yaradılıb.

Qeyd edək ki, Azercell Telekom daim istedadlı gənclərə karyera qurmaqda yardımçı olur. Son illər ərzində mütəmadi olaraq Azercell-in təşəbbüsü ilə şirkət tərəfindən Karyera Günləri təşkil edilir. Hər il baş tutan bu cür tədbirlər zamanı şirkətdə işləmək istəyən istedadlı gənclərlə görüşlər keçirilir, Azercell-in fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumat verilir.

Məlumat üçün bildirək ki, əmək yarmarkasının keçirilməsində əsas məqsəd tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaq, eyni zamanda iş axtaran vətəndaşların da layiqli işlə təmin olunmalarına köməklik göstərməkdir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

trend