Müsəlmanların qibləsi olan Kəbənin qıfılı 60 ildən sonra dəyişdirilib. Yeni qıfıl Səudiyyə Ərəbistanının kralı Abdullah ibn Əbdüləzizin şəxsi ianəsi hesabına saf qızıldan hazırlanıb. Mərasimdə Məkkə əmiri şahzadə Xalid əl Faysal ibn Əbdüləziz də iştirak edib.
Yeni qıfılın açarı 1400 ildir Kəbənin açarlarını mühafizə edən Məkkənin məşhur əş Şəybi ailəsinə verilib. Ailənin başçısı Abdulqadir əş Şəybi açarın Kəbə örtüyünün tikildiyi fabrikdə hazırlanan xüsusi bir kisədə saxladıqlarını deyib. Açarın təhlükəsiz bir yerdə mühafizə edildiyini deyən Abdulqadir əş Şəybi açarı indiyə qədər itirmədiklərini, sadəcə olaraq bir neçə dəfə uğursuz oğuruq cəhdi olduğunu deyib.
Milli.Az