Bu günlərdə "Mazda"dan iki yenilənmə xəbəri gəldi. "Mazda"nın populyar "CX-5" və "CX-9" modellərinin yeni nəsilləri artıq Azərbaycanda da satışdadır. Hər iki model rəsmi diler salonlarında öz yerini tutub. Həm "Mazda CX-5", həm də "Mazda CX-9" dəyişiklikləri və innovativ üstünlükləri ilə müştərilərin qarşısına çıxmağa hazırdır.
Yenilənən "Mazda CX-5" özündən əvvəlki modelin dinamik xarakterini qoruyub saxlayaraq, dizayn və texnologiyalara müasir yanaşma gətirib. Modelin eksteryerində cizgilərin axıcılığı və incəliyi üçölçülü radiator qəfəsinin və yeni faraların güclü görünüşü ilə kontrast təşkil edir. Salonda isə sürücünün işini asanlaşdırmaq üçün yenidən qurulmuş alətlər paneli, vacib informasiyanı nümayiş etdirən proeksiya ekranı, möhkəm metal elementlər və keyfiyyətli örtük materialı, həmçinin, MZD Connect multimedia sistemi və BOSE audiosistemi üstünlüklərdən yalnız bəziləridir. Avtomobilin dinamikasının və təhlükəsizliyinin təminatı isə "Mazda"ya məxsus SKYACTIV TECHNOLOGY sistemidir.
"Mazda CX-9" modeli müştərilərin qarşısına tamamilə yenilənmiş variantda çıxır. Bu avtomobil özündə yeddi yerli premium SUV-un bütün üstünlüklərini birləşdirir. "CX-9"-un atletik proporsiyaları hamar cizgilərə malik kuzov, güclü və stabil aşağı korpus və 20 düymlük təkərlərlə vurğulanıb. LED ön və arxa işıqlar isə avtomobilə şıq və premimum görünüş verir. SKYACTIV-G 2,5LTurbo mühərriklə (231 at gücü) təchiz olunan avtomobilin maksimal təhlükəsizliyi i-ACTIVSENSE texnologiyaları dəsti ilə təmin edilir. "Mazda" CX-9-un əsas üstünlüklərindən biri də oturacaqların qatlanaraq, avtomobildə hər ehtiyaca uyğun yük yerinin yaradılması imkanıdır. Həmçinin, avtomobildə BOSE audiosisteminin yeni 12 dinamikli versiyası quraşdırılıb.
Ümumilikdə hər iki avtomobil də "Mazda" mühəndislərinin hazırladığı ən son texnologiyalarla təmin edilib. Bu yeniliklərlə tanış olmaq və tələblərinizə cavab verən modeli seçmək üçün "Mazda"nın ölkəmizdəki rəsmi dileri "Mazda" Avtomobil Mərkəzinə müraciət etmək kifayətdir. Ətraflı məlumat üçün www.mazda.az saytına daxil ola, yaxud (012) 349 01 00 nömrəsinə zəng edə bilərsiniz.
oxu.az