Ukrayna təmsilçisi, 10 yaşlı Anastasiya Petrik uşaqlar arasında “Eurovision-2012” mahnı müsabiqəsinin qalibi olub. ANS PRESS-in müsabiqənin saytına istinadən verdiyi məlumata görə, “Nebo” (“Səma”) mahnısını ifa edən ukraynalı qız 138 bal toplayıb.
İkinci yeri Gürcüstan təmsilçiləri, ötən ilin qalibi “The Funkids”, üçüncü yeri isə Ermənistanın “Compass Band” qrupu tutub.
Azərbaycan ilk dəfə təmsil olunduğu “Junior Eurovision” yarışmasında 11-ci yeri qazanıb.
VIDEO
Ann.az