Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Avstraliyada daşınmaz əmlak almağa hazırlaşır.
Bunu jurnalistlərə açıqlamasında Bakıda keçirilən Azərbaycan-Avstraliya biznes-forumuna qatılmış Avstraliya nümayəndə heyətinin rəhbəri, ölkələrarası Dostluq Assosiasiyasının prezidenti Con Hammond (Jon Hammond) deyib.
"Avstraliya sabit ölkədir və bura Azərbaycan kapitalının yatırılması məqsədəuyğundur. Biz bunu alqışlayırıq", - o qeyd edib.
report.az