MİDA-nın inşa etdiyi Yasamal Yaşayış Kompleksində ilk mənzillər gələn ilin yayında istifadəyə veriləcək
18.10.2017

Azərbaycanda əhalinin mənzilə olan tələbatının ödənilməsi istiqamətində inşa edilən Yasamal Yaşayış Kompleksi 1 843 ailəni mənzillə təmin edəcək.
Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) direktor müavini Sadiq Sadiqov bildirib.
Onun sözlərinə, kompleksdə ilk mənzillərin gələn ilin yayında istifadəyə verilməsi planlaşdırılır.
"Bu layihənin icrasına 20-dən çox podratçı şirkət, 3 500 işçi cəlb olunub",- deyə o, qeyd edib.
Bundan başqa, MİDA rəsmisinin sözlərinə görə, agentliyin hazırda layihələndirdiyi ikinci yaşayış kompleksi 3 000 mənzildən ibarət olacaq.

report.az