Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisinə başlanıb.
Bu gün “Samur” gömrük buraxılış məntəqəsinin və Dağıstanın Məhərrəmkənd rayonunda yerləşən “Yaraq-Qazmalar” buraxılış məntəqələrinin ərazisində yeni körpünün təməlqoyma mərasimi keçirilib.
Mərasimdə Azərbaycan hökuməti adından nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov, Rusiya tərəfdən isə bu ölkənin nəqliyyat naziri Maksim Sokolov, Dağıstanın rəhbəri vəzifəsini icra edən Vladimir Vasilyev və digər rəsmi şəxslər iştirak ediblər.
Yeni körpü ikizolaqlı yoldan ibarət olacaq. Körpünün uzunluğu 325,3 m, eni 17,3 m təşkil edəcək.
trend.az