Avstriyadakı "Marchi Mobile" şirkəti dünyanın ən bahalı avtomobil furqonunu satışa çıxarıb. Təkərlər üzərindəki evin qiyməti 2,4 milyon dollardır. Uzunluğu 13 metr olan "EleMMent Palazzo"da yataq və hamam otaqları, duş, maye kristallı televizor, ayaqyolu və mətbəx var.
Ultralüks dizaynlı avtomobil furqonu haradasa dayandırılarsa, onun yanlarından əlavələr çıxır və belədə, furqonun daxilindəki "ev"in faydalı sahəsi 215 kvadrat metrə çatır.
"EleMMent"də mobil internet, peyk və rəqəmsal telekanallara baxmağa imkan verən avadanlıq, kamin, qızdırılan döşəmələr, bar, geniş holl və ən başlıcası, eyvan da var.