Londonda qeyri-adi yarış
3.12.2012

Qaçış yarışının iştirakçıları əllərində puddinqlə qaçmalı olublar. Böyük Britaniyanın paytaxtı Londonda ənənəvi «Milad Puddinqi» yarışı keçirilib. Artıq 32-ci ildir qeyd edilən yarışda hər komandadan 6 nəfər yarışıb. Anspress xəbər verir ki, iştirakçılar müəyyən olunmuş məsafəni əllərində Milad puddinqi apararaq qaçmalı olublar.

Özü də yol boyunca onların qarşısına müxtəlif maneələr çıxıb. İştirakçıların puddinqi dağıtmamağı çalışmaları isə maraqlı görüntülərə səbəb olub.

Yarış xeyriyyə məqsədi daşıyıb və ondan toplanan 600 funt sterlinq gəlir Britaniya Xərçəng Tədqiqat qurumuna bağışlanıb.

Milli.Az